Belçika millisində ciddi itki

Belçika millisində ciddi itki

Belçika millisi ciddi itki ilə üzləşib. Komanda 1/8 final matçında Portuqaliya millisi ilə oyunda yarımmüdafiəçisi Kevin De Brüyneni itirib. 30 yaşlı yarımmüdafiəçi Avropa çempionatının 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirdikləri oyunda sıradan çıxıb. Onun yerinə 48-ci dəqiqədə meydana Dris Mertens daxil olub. De Brüyne ilk hissənin sonlarında Joau Palinya ilə mübarizədə xəsarət alıb.
Qeyd edək ki, Belçika millisi Son Avropa çempionu Portuqaliya millisinə minimal hesabla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.