AVRO-2020: Bu gün 1/4 finalın daha bir cütlüyü müəyyənləşəcək​

AVRO-2020: Bu gün 1/4 finalın daha bir cütlüyü müəyyənləşəcək​

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha iki cütünün qalibi müəyyənləşəcək.​ Günün​ ilk oyunu​ Kopenhagendəki "Parken" stadionunda oynanılacaq. Burada son dünya çempionatının finalçısı Xorvatiya millisi ilə üçqat Avropa çempionu​ İspaniya yığması üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Günün son matçında isə son dünya çempionu Fransa millisi 1/4 finala vəsiqə uğrunda İsveçrə ilə qarşılaşacaq. Oyun Buxarestdəki "Milli Arena"da təşkil olunacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunu argentinalı FİFA referisi Fernando Rapallini idarə edəcək. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.