Keçmiş baş məşqçi dünyasını dəyişdi

Keçmiş baş məşqçi dünyasını dəyişdi

​Moldovalı tanınmış baş məşqçi İlie Karp 60 yaşında dünyasını dəyişib.​ İ.Karp ölkəsində Pro lisenziyası alan ilk mütəxəssislərdəndir. O, həmçinin 4 ölkədə - Moldova, Azərbaycan, Qazaxıstan və Belarusda çalışmış yeganə moldovalı baş məşqçidir.

Moldovanın müxtəlif yaş qrupları üzrə yığmalarına da rəhbərlik etmiş İ.Karp 2006-cı ilin oktyabrından 2007-ci ilin fevralınadək Sumqayıtın "Gənclərbirliyi" klubunun sükanı arxasında olub. Mərhum mütəxəsssis həmin vaxt klubdakı maliyyə problemləri və bir qrup futbolçu ilə münaqişəsi üzündən istefa verib.

Qeyd edək ki, İlie Karpın övladlarından Din Karp məşqçi, Ketelin Karp isə Moldova yığmasının yarımmüdafiəçisidir.