“Barselona”nın müdafiəçisi Junior Firponun yeni komandası müəyyənləşib. 24 yaşlı cinah oyunçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
“Betis”in yetirməsi yaxın günlərdə “Lids”lə müqavilə imzalayacaq. Bu transfer kataloniyalılara 15 milyon avro qazandıracaq. Firpo ötən mövsüm bütün turnirlərdə keçirdiyi 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Junior Firpo 2019-cu ildə “Betis”dən transfer olunduğu “Barselona” ilə 5 illik müqavilə imzalamışdı.