İbrahimoviç özü barədə filmi təqdim etdi

İbrahimoviç özü barədə filmi təqdim etdi

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib. 40 yaşlı hücumçu bu barədə tviter hesabında paylaşım edib. 2018-ci ildən çəkilişlərinə başlanılan “Mən Zlatanam” adlı bioqrafiya filmi sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.
Filmin treyleri izləyicilərdə böyük marağa səbəb olub.