AVRO-2020: Bu gün 1/8 finala yekun vurulacaq

AVRO-2020: Bu gün 1/8 finala yekun vurulacaq

Bu gün AVRO-2020-nin 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq. Gün ərzində iki oyun təşkil olunacaq. Günün ilk oyunu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Burada İngiltərə millisi Almaniya yığmasını qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
1/8 finalın son oyunu isə Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək. "Hempden Park" stadionundakı görüşdə İsveç millisi Ukrayna komandası ilə üz-üzə gələcək.  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun baş hakimi italiyalı Daniele Orsato olacaq. İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.