Son dünya çempionları AVRO-2020 ilə vidalaşdılar

Son dünya çempionları AVRO-2020 ilə vidalaşdılar

AVRO-2020-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Gecənin maraqla gözlənilən qarşılaşmasında Fransa və İsveçrə milliləri üz-üzə gəlib. Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan oyunda son dünya çempionları gözlənilmədən İsveçrəyə məğlub olaraq turnirlə vidalaşıblar. Oyunda hesabı İsveçrə millisi açıb. Haris Seferoviç 15-ci dəqiqədə adını tabloya yazdırıb. İlk yarıda başqa qol olmayıb. Hücumların kəsərini artıran fransızlar istəyinə ikinci hissədə nail olublar. Uzun müddətdən sonra milliyə çağrılan Kərim Benzema 57-ci və 59-cu dəqiqələrdə fərqlənməklə komandasını hesabda önə çıxarıb. Matçın 75-ci dəqiqəsində isə Pol Poqba komandasının üçüncü topunu vuraraq hesab arasındakı fərqi ikiyə çatdırıb. Lakin bu oyunda da Xorvatiya - İspaniya matçının senarisi təkrarlandı. Hər kəs “xoruzlar”ın növbəti mərhələyə adlayacağını düşünsə də isveçrəlilər əzmkar oyun nümayiş etdirərək buna imlan vermədilər. Əvvəlcə Haris Seferoviç matçın 81-ci dəqiqəsində fərqlənərək hesab arasındakı fərqi azaldıb. Matçın 90-cı dəqiqəsində isə Mario Qavranoviç hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Lakin komandaların cəhdlərinə baxmayaraq, əlavə vaxtda da hesab dəyişməyib. Beləliklə, qalibi müəyyənləşdirmçək üçün penaltilər seriyasına müraciət edilib. Bu AVRO-2020-də ilk penaltilər seriyası olub. 11 metrlik penalti zərbələrini daha dəqiq yerinə yetirən (5:4) isveçrəlilər 1/4 finala yüksəliblər. Fransa yığmasından penaltini Kilian Mbappe dəqiq yerinə yetirə bilməyib. Son dünya çempionları isə mübarizəni 1/8 finalda dayandırıblar. mübarizədən kənanin hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra 1/4 finalın daha bir cütü müəyyənləşib. İsveçrə komandası növbəti mərhələdə İspaniya ilə üz-üzə gələcək. Matç iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.