Güləşçimiz Dortmundda Avropa çempionu oldu

Güləşçimiz Dortmundda Avropa çempionu oldu

Güləş üzrə yığma komandamızın üzvü Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. Çempionatda 70 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz T.Bayramov yarışa Almaniya idmançısı üzərində inamlı qələbə ilə start verib. Təmsilçimiz dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.
İyunun 29-da keçirilən həlledici görüşdə Moldova güləşçisinə qalib gələn idmançımız Avropa çempionatının qalibi adını qazanıb.