Bundestim AVRO-2020 ilə erkən vidalaşdı

Bundestim AVRO-2020 ilə erkən vidalaşdı

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin son oyunları keçirilib. Günün ilk oyunu Londonda “Uembli” stadionunda baş tutub. İngiltərə millisi doğma azarkeşlər önündə Almaniya yığmasını qəbul edib. Maraqlı gözlənilən oyun İngiltərə millisinin qələbəsi ilə başa çatıb -2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə matçın 75-ci dəqiqəsində Rahim Sterlinq hesabı açıb. Oyunun 86-cı dəqiqəsində isə Hari Keyn komandasının qələbəsini rəsmiləşdirən qolu bundestimin qapısından keçirib. İngiltərə millisinin növbəti mərhələdəki rəqibi ​ Ukrayna və İsveç komandalarının qalibi olacaq.