AVRO-2020: 1/4 final cütləri məlum oldu

AVRO-2020: 1/4 final cütləri məlum oldu

AVRO-2020-də 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
Çempionatda1/4 finalın oyunlarına iyulun 2-də start veriləcək. İlk oyun Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək. Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika və İtaliya milliləri görüşəcək.
İyulun 3-də ilk oyun Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Saat 23:00-da isə İtaliyanın paytaxtı Romadakı Olimpiko stadionu Ukrayna və İngiltərə milliləri üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda, final matçı 11 iyunda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.