AVRO-2020: Ukrayna millisi 1/4 finalda

AVRO-2020: Ukrayna millisi 1/4 finalda

AVRO-2020-də 1/8 final mərhələsinin son oyunu keçirilib. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da keçirilən oyunda İsveç və Ukrayna milliləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunda ilk qolu matçın 27-ci dəqiqəsində ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurub. Lakin ilk hissənin sonlarına yaxın skandinaviyalılar hesabı bərabərləşdirməyə müvəffəq olublar.  43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq bərabərlik qolunu vurub. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.  Matçın 99-cu dəqiqəsində kobud oyuna görə baş hakim Markus Danielsona qırmızı vərəqə göstərib və İsveç millisi azlıqda qalıb. Say üstünlüyündən yararlanan ukraynalılar istəyinə 121-ci dəqiqədə çatıblar. Artyom Dobvik Ukrayna millisini 1/4 finala daşıyan qolun müəllifi olub. Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan Ukrayna komandası 1/4 finalda İngiltərə millisinə rəqib olub.