Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurlu çıxışını davam etdirir. Şahmatçımız 7 turdan sonra 5,5 xalla turnir cədvəlində liderdir. Ermənistanlı Emin Ohanyan (4,5 xal) və fransalı Thal Abergel (4 xal) sonrakı iki pillədə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.
Qrossmeysterimiz liderliyini davam etdirir