"Keşlə" Bakıda cavab oyununa çıxacaq

"Keşlə" Bakıda cavab oyununa çıxacaq


Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyunlarına start veriləcək. Azərbaycan təmsilçisi "Keşlə" klubu da doğma azarkeşlər önündə cavab oyununa çıxacaq.
Ölkə kubokunun qalibi "Keşlə" Rusiya "Soçi" klubunu qəbul edəcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Belarusdan olan referi Viktor Şimusik idarə edəcək. Bu komandalar arasındakı ilk oyun “Soçi” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.