Konfrans Liqası: “Sumqayıt” “Çukariçki”yə qarşı

Konfrans Liqası: “Sumqayıt” “Çukariçki”yə qarşı

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Sumqayıt” doğma azarkeşlər önündə Serbiyanın "Çukariçki" komandası ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi Belqraddakı görüşdən qolsuz heç-heçə ilə ayrılmışdı. "Kapital Bank Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək. Qarşılaşmanı danimarkalı Yorgen Burxardt idarə edəcək.