“Sumqayıt” da Konfrans Liqasında mübarizəni dayandırıdı

“Sumqayıt” da Konfrans Liqasında mübarizəni dayandırıdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdə mübarizə aparan digər təmsilçimiz "Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə hesab arasındakı fərqi iki topa çatdırıb. Görüşdə başqa qol olmayıb və matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiyada qolsuz heç-heçə edən "Sumqayıt" klubu turnirdə mübarizəni dayandırıb.