Murmanskda həmyerlilərimiz qalib gəliblər

Murmanskda həmyerlilərimiz qalib gəliblər
Uşaqlar və yeniyetmələr arasında keçirilən uşu üzrə Murmansk vilayət çempionatı başa çatıb. Yarışlarda Monçeqorsk, Polyarnıye Zori, Apatit, Revda, Murmansk, Qadjiyevo, Polyarnı və Kovdor qəsəbə və şəhərlərindən 143 idmançı iştirak edib.
Yarışların uğur qazanan atletlər arasında həmyerlilərimiz də var. Belə ki, 56 kq çəki dərəcəsində Tural Xanəliyev (Revda şəhər tipli qəsəbəsi), Zərif Rəcəbov (60 kq, Murmansk şəhəri), Ağaxan Ağacanov (65 kq, Revda), Xalid Yusifov (70 kq, Monçeqorsk şəhəri), Asim Məmmədov (60 kq, Polyarnıye Zori şəhəri), Eldar Hüseynov (52 kq, Apatit şəhəri), Kənan Əsgərov (70 kq, Murmansk şəhəri), Cavid Xanəliyev (60 kq, Revda) və başqaları çempion olublar.