"Neftçi" bu gün Avropa Liqasında ilk oyununa çıxacaq

"Neftçi" bu gün Avropa Liqasında ilk oyununa çıxacaq

Bu gün Avropa Liqasının Oyunları keçiriləcək. Ölkəmizin turnirdəki yeganə təmsilçisi “Neftçi” UEFA Avropa Liqasında ilk oyununa çıxacaq. “Ağ-qaralar” Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da təşkil olunacq matç saat 21:00-da sart götürəcək. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşaması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyənin "Fənərbağça" klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.