Avropa Liqası: “Neftçi” Bakıda qələbə qazana bilmədi

 Avropa Liqası: “Neftçi” Bakıda qələbə qazana bilmədi

Ötən gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azərbaycanın turnirdə yeganə təmsilçisi Bakının “Neftçi” klubu da ötən gün meydana çıxıb. Bakıdakı “Bakcell Arena”da Finlandiyanın HİK komandasını qəbul edən paytaxt təmsilçisi rəqib komandanın müqavimətini qıra bilməyib. Şotlandiyadan olan hakimlər briqadasının idarə etdiyi matç 2:2 hesabı ilə başa çatıb.
Matçda bütün qollar ikinci hissədə vurulub. Oyunun 59-cu dəqiqəsində "Neftçi" hesabda önə keçib. Bakı təmsilçisinin heyətində Samir Buqrin baxımlı qola imza atıb. Lakin qoldan iki dəqiqə sonra qonaq komandanın heyətində Roope Riski hesabı bərabərləşdirməyə müvəffəq olub. Matçın 65-ci dəqiqəsində "Neftçi"nin müdafiəsində olan boşluqdan istifadə edən Jair HİK-i hesabda önə çıxarıb. On beş dəqiqə sonra isə "Neftçi"nin kapitanı Emin Mahmudov standart vəziyyətdən baxımlı qola vurub. Bu, həm də matçda vurulan son qol olub. Komandaların cəhdlərinə baxmayaraq matçda qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. Məğlub olan komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.