Tokio-2020-də mübarizə aparacaq güləşçimizin ilk rəqibi müəyyənləşdi

Tokio-2020-də mübarizə aparacaq güləşçimizin ilk rəqibi müəyyənləşdi

Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın güləş yarışlarında təmsil olunacaq Azərbaycan komandasının daha bir idmançısının ilk rəqibinin adına aydınlıq gəlib. Tokio-2020-də sərbəst güləş yarışlarında qüvvəsini sınayacaq Turan Bayramov yarışa 1/8 finaldan başlayacaq. 74 kq çəki dərəcəsində mübarizə aparacaq pəhləvanımız ilk görüşündə Ukrayna təmsilçisi Vasil Mixaylovla üz=üzə gələcək. Görüş avqustun 5-də təşkil olunacaq.
Qeyd edək ki, sərbəst güləşçilərin yarışlarına Bakı vaxtı ilə saat 06:30-da start veriləcək.