Çempionlar Liqası: Bu gün III təsnifat mərhələsində daha 3 oyun təşkil olunacaq

Çempionlar Liqası: Bu gün III təsnifat mərhələsində daha 3 oyun təşkil olunacaq

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq. Turnirin ikinci oyun günündə daha 3 qarşılaşma təşkil olunacaq. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya" komandası Xorvatiyada "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.  Turun digər oyununda Moskvanı təmsil edən "Spartak" komandası doğma meydanda Portuqaliyanın "Benfika" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.  
Macarıstanın "Ferentsvaroş" klubu isə doğma meydanda Çexiyanın "Slaviya" (Praqa) klubu ilə qarşılaşacaq. Görüş yeli vaxtla saat 22:00-da start götürəcək.