Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Bu gün mübarizə aparan sərbəst güləşçilərin yarışında Turan Bayramov (74 kq) xalça üzərinə çıxıb. Mübarizəyə 1/8 finaldan başlayan pəhləvanımız ilk görüşündə Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Turan adını növbəti mərhələyə yazdırıb. 1/4 finalda güləşçimizin rəqibi italiyalı Frank Çamizo olub. Təəssüf ki, Turan Bayramov bu görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub. İtaliyalı idmançı finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak etmək hüququ qazanacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.
Tokio-2020: Güləşçimiz ikinci görüşdə məğlub oldu