Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi 

Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi 

Tokio Olimpiadasında güləş yarışları davam edir. Sabah komandamızın daha üç üzvü xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatmadan sonra idmançılarımızın olimpiadada qarşılaşacağı ilk rəqiblər müəyyənləşib. Təmsilçilərimizdən Mariya Stadnik (50 kq) ilk görüşdə rusiyalı Stalvira Orşuçla qarşılaşacaq. 97 kq çəki dərəcəsində mübarizə aparacaq Şərif Şərifovun da ilk rəqibi Rusiya Olimpiya Komitəsinin təmsilçisi olacaq. London-2012-nin qalibi ilk görüşündə Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparacaq Hacı Əliyev isə ilk qarşılaşmasını seneqallı Adama Diata qarşı keçirəcək.  
Qeyd edək ki, hər 3 güləşçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.  
 

Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi  Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi  Tokio-2020: Güləşçilərimizin olimpiadadakı ilk rəqibləri müəyyənləşdi