Bu gün Avropa Liqası çərçivəsində 7 oyun təşkil olunacaq

Bu gün Avropa Liqası çərçivəsində 7 oyun təşkil olunacaq

Bu gün UEFA Avropa Liqası çərçivəsində III təsnifat mərhələsinin daha 7 oyunu təşkil olunacaq.

Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasında ilk oyununa çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Avropa Liqasının III turu çərçivəsində aşağıdakı oyunlar təşkil olunacaq:\

 

Avropa Liqası

 

III təsnifat mərhələsi, ilk oyunlar

 

“Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan)

“Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya)

“Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya)

“Omoniya” (Kipr) - “Flora” (Estoniya)

“Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya)

“Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva)

“Rapid” (Vyana, Avstriya) - “Anortosis” (Kipr)

 

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 12-də təşkil olunacaq.