Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) Tokio Olimpiadasında mübarizəni dayandırıb. Buna idmançımızın 1/4 final mərhələsində məğlub olduğu italiyalı güləşçi Frank Çamizonun finala vəsiqə qazana bilməməsi səbəb olub. İtaliyalı idmançı yarımfinalda belaruslu Məhəmmədhəbib Hadıməhəmmmədovla görüşdə 7:9 hesabı ilə məğlub olub. Beləliklə, Tokio-Olimpiadası Turan Bayramov üçün başa çatıb.
Xatırladaq ki, idmançımız bu gün ilk görüşdə ukraynalı Vasil Mixaylovla qalib gəlsə də, 1/4 finalda italiyalı Frank Çamizoya məğlub olmuşdu.
Tokio-2020: Turan Bayramov bürünc medal şansını itirdi