Sabah Tokio-2020-nin güləş yarışlarında 65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Hacı Əliyev ilk sınağına çıxacaq. Təmsilçimizin rəqibi seneqallı Adama Diatta olacaq. Üçqat dünya çempionumuz ilk görüşdə Afrikanın ən güclü güləşçisi ilə üz-üzə gələcək. Belə ki, adama Diatta 2007-ci ildən etibarən «qara qitə»nin 8 qat çempionu tituluna sahibdir. O, təmsil etdiyi qitədə keçirilən Oyunlarda iki dəfə ən yüksək mükafata sahib çıxıb.
Üçqat dünya çempionumuz Afrikanın ən güclüsünə qarşı