Tokio-2020-nin güləş yarışları davam edir. Bu gün mübarizəyə üçqat Olimpiya mükafatçımız Mariya Stadnik qoşulub. 50 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/8 final mərhələsindən başlayıb. İlk qarşılaşmasını rusiyalı güləşçi Stalvira Orşuşa qarşı keçirən Mariya rəqibinə 9:7 hesabı ilə qalib gəlib. İdmançımız bu qələbə sayəsində adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə tunisli Sarra Hamdi ilə qarşılaşıb. Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Bu görüşdə də Olimpiya mükafatçımız rəqibi üzərində inamlı qələbə qazanıb -10:0. Mariya Stadnik bu qələbə ilə həm də yarımfinala vəsiqəni təmin edib. İdmançımız finala gedən yolda yaponiyalı Yui Susaki ilə qarşılaşacaq.
Tokio-2020: Mariya Stadnik finalın bir addımlığında