Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sərbəst güləşçilərin mübarizəsində Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Təmsilçilərimizdən London-2012-nin qızıl, Rio-2016-nın bürünc medalçısı Şərif Şərifov da bu gün xalça üzərinə çıxıb. 97 kq çəki dərəcəsində qüvvəsini sınayan pəhləvanımız 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə qarşılaşıb. Təəssüf ki, güləşçimiz ilk görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olub. Rusiyalı güləşçi finala yüksələrsə Şərif Şərifov təsəlliverici görüşdə iştirak etmək hüququ qazanacaq.
Tokio-2020: Olimpiya çempionumuz ilk görüşdə məğlub oldu
![Tokio-2020: Olimpiya çempionumuz ilk görüşdə məğlub oldu ](https://olimpnews.az/uploads/img/posts/2021/08/06/Serifjpg-1628238268.jpg)