Qadın güləşi üzrə yığma komandamızın üzvü Mariya Stadnik (50 kq) bu gün mübarizəyə başlayıb. Təmsilçimiz 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib. 8 qat Avropa çempionumuz 9:7 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. Növbəti mərhələdə tunisli Sarra Hamdini də mübariəzədən kənarlaşdıran (10:0) Mariya yarımfinalda yerli güləşçi ilə üz-üzə gəlib. Bu çəki dərəcəsində Stadnikin əsas rəqibi olan Yui Susaki təşəbbüsü əldən verməyib. Olimpiya çempionluğuna ümid bəslədiyimiz Mariya böyükhesablı məğlubiyyətlə üzləşib - 0:11. Lakin güləşçimizin Tokionu əliboş tərk etməmək şansı yaranıb. Belə ki, o, sabah bürünc medal üçün xalça üzərinə çıxacaq.
Mariya Stadnik Tokionu əliboş tərk edəcək?