Messi PSJ-yə keçir?

Messi PSJ-yə keçir?

Bu günlərdə İspaniyanın “Barselona” komandasından ayrılan Lionel Messinin yeni klubunun adına aydınlıq gəlib. 34 yaşlı futbolçu azad agent kimi Fransanın PSJ klubuna keçəcək. Fransa mediasında yayılan məlumata görə Paris təmsilçisi argentinalı ulduzla 3 illik müqavilə imzalayacaq. Müqaviləyə əsasən futbolçu illik 40 milyon avro qazanacaq.
Qeyd edək ki, "Barselona” klubu İspaniya çempionatının maliyyə qaydalarına görə argentinalı ulduzla yeni müqavilə bağlaya bilməyib və Lionel Messi klubu azad agent kimi tərk edib.