Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Hacı Əliyev final təəssüratlarını bölüşüb. 65 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz bunları deyib: "Final görüşü üçün hər şeyi düzgün qurmuşdum. Hiss edirdim ki, rəqibim də elə də güclü deyil. Görüşdə hər şey son anlarda baş verdi. Rəqibim görüş ərzində ayagımdan tutub, xal almağa cəhd edirdi. Lakin mən imkan vermirdim. O, tez-tez görüşü saxlayırdı. Guya zədə almışdı. Güləş qaydalarına zidd olan hərəkətlərə yol verirdi. Bunları da təbii qarşılayıram. Bu Olimpiada qalib olmaq üçün hər bir çətinliyi göz önümə gətirmişdim. Hakimlərlə bağlı heç bir fikrim yoxdu. Ola bilər ki, bu mənim üçün son Olimpiya oyunları olsun. Şükürlər olsun ki, Tokio olimpidasından Vətənə gümüş medalla qayıdıram".
Hacı Əliyev: “Güləş qaydalarına zidd olan hərəkətlərə yol verirdi”