Qafqazlı futbolçu "Tottenhem"də

Qafqazlı futbolçu "Tottenhem"də

Gürcüstan millisinin və Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərdə davam etdirə bilər.

20 yaşlı yarımmüdafiəçi "Tottenhem"in maraq dairəsinə düşüb.

Hazırda İtaliya "Yuventus"u ilə yanaşı, London təmsilçisinin də gənc pleymeykerin keçidi üçün aktiv danışıqlar apardığı bildirilib. Transferin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. O, ötən mövsüm Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi 2019-cu ildən Gürcüstan millisinə çağırılır.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.