Londondan «Roma»ya

Londondan «Roma»ya

"Çelsi"nin futbolçusu Tommi Abraham karyerasını İtaliyada davam etdirməyə yaxındır. 23 yaşlı hücumçu "Roma"ya keçməyə hazırlaşır. Tərəflər artıq bu transfer üçün razılıq əldə ediblər.

Yayılan xəbərlərə görə Abrahamın “Roma”ya birdəfəlik transfer olunacağı və ya satınalma hüququ ilə icarəyə göndəriləcəyi hələlik dəqiqləşməyib. Hər iki klub hazırda ingiltərəli oyunçunun qərarını gözləyir. Qeyd edək ki, Abrahamla "Arsenal" və "Atalanta" da yaxından maraqlanırdı.