7 ildən sonra yenidən qayıdış

7 ildən sonra yenidən qayıdış

“İnter”in futbolçusu Romelu Lukakunun “Çelsi”yə transferi rəsmiləşmək ərəfəsindədir. Belçika millisinin üzvü bu gün London klubunda tibbi müayinədən keçib. Tezliklə klubların bu transferi rəsmən açıqlayacağı gözlənilir. 28 yaşlı oyunçu London təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin formasını geyinib.