Polşalı qapıçı yığma karyerasına son qoydu

Polşalı qapıçı yığma karyerasına son qoydu

 ​“Vest Hem”in və Polşa millisinin futbolçusu Lukas Fabianski yığmadakı karyerasını bitirib. Qapıçı bu barədə Polşa mətbuatına müsahibəsində bildirib. O, millidəki karyerasını başa vurduğunu açıqlayıb. Qeyd edək ki, Fabianski 2006-cı ildən millidə oynayırdı. O, yığmada 56 matç keçirib. Fabianski "Legiya", "Arsenal" kimi komandalarda da çıxış edib.