Yaxın saatlarda tarixi razılaşmaya imza atılacaq ​

Yaxın saatlarda tarixi razılaşmaya imza atılacaq ​

“Barselona”dan yenicə ayrılan Lionel Messi Parisə yollanıb. Argentinalı superulduzu aparan təyyarə bir qədər əvvəl hava limanına enib. 34 yaşlı futbolçunun qısa müddətdə tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Fransızlar bu transferi Eyfel qülləsindən açıqlayacaq. Messinin PSJ ilə 3 illik sözləşməyə qol çəkəcəyi və illik məvacibinin 40 milyon avro təşkil edəcəyi bildirilir. Klub azarkeşləri onu qarşılamaq üçün artıq bazanın ətrafına toplaşıb.

Qeyd edək ki, Messi azad agent statusu daşıdığından, keçidi PSJ-yə ödənişsiz başa gələcək.

Yaxın saatlarda tarixi razılaşmaya imza atılacaq ​