PSJ bir saata Messinin 250 min formasını satıb

PSJ bir saata Messinin 250 min formasını satıb

Fransanın PSJ klubu Lionel Messinin transferini açıqladıqdan sonra rəsmi saytında argentinalı futbolçunun formalarının satışına başlayıb. Azarkeşlər gecə saatlarında satışa çıxarılan geyim dəstlərinə böyük maraq göstəriblər. Bir saatdan az müddətdə 250 min formanın hamısı satılıb.

Qeyd edək ki, PSJ-yə transfer olunan Lionel Messi yeni klubunda 30 nömrəli formanı geyinəcək.