FİFA referimiz yeni təyinat aldı

FİFA referimiz yeni təyinat aldı

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.

O, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Avqustun 20-dən 25-dək davam edəcək matçlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana”, “Haladaş” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.