Bu gün Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan güləşçiləri Bakıya qayıdıblar. Güləşçilərlə yanaşı, karateçimiz İrina Zaretska və Tokio Olimpiadasında ölkəmizi təmsil edən son nümayəndə heyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəsmiləri də Vətənə dönüblər. İdmançılarımızı Azərbaycan Güləş Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qarşılayıb.
Qeyd edək ki, Azərbaycan millisi Tokio-2020-də 3 gümüş, 4 bürünc medal qazanıb. Komandamızın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) bürünc mükafata yiyələnib.
Tokio-2020-də uğurla çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar