"Çelsi" ikinci dəfə UEFA Super Kubokunu qalibi oldu

"Çelsi" ikinci dəfə UEFA Super Kubokunu qalibi oldu

Futbol üzrə UEFA Super Kubokunun qalibi müəyyənləşib. Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən oyunda İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəlib. "Uindzor Park" stadionunda təşkil olunan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Rusiyalı FIFA referisi Sergey Karasyov idarə etdiyi qarşılaşmada hesab 27-ci dəqiqədə açılıb. "Zadəganlar"ın heyətində Hakim Ziyeş komandasını hesabda irili çıxarıb. Matçın 73-cü dəqiqəsində "Vilyarreal” Jerar Morenonun sayəsində hesabı bərabərləşdirib. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün  penaltilər seriyasına müraciət olunub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Çelsi" 6:5 hesabı ilə qələbə qazanaraq, tarixində ikinci dəfə UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, “Çelsi” klubu ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi "Real Madrid" üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.