“Neftçi”nin çətin rəqibi var

“Neftçi”nin çətin rəqibi var

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” və “Qarabağ” komandalarının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu, turnirin üçüncü təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.
Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. “Makkabi” evdə 7:2 hesabı ilə məğlub etdiyi “Torshavn”a Farer Adalarında minimal hesabla uduzaraq, mərhələ adlayıb.
“Qarabağ” isə Şotlandiyanın “Aberdin” komandası ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə qalib gəldiyi “Breydablik”ə öz meydanında uduzmayıb - 2:1.
Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.