Çempionlar Liqası: Bu gün daha üç qarşılaşma keçiriləcək

Çempionlar Liqası: Bu gün daha üç qarşılaşma keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçiriləcək. İkinci oyun günündə ÇL-də 3 qarşılaşma təşkil olunacaq.
Çempionlar Liqasında "Benfika" Portuqaliyada Niderlandın PSV klubunu qəbul edəcək. Digər oyunlarda İsveçin "Malmö" komandası Bolqarıstanda "Lüdoqorets"lə, İsveçrənin "Yanq Boyz" klubu isə Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının ilk oyun günündə 3 matç keçirilib. "Şaxtyor" səfərdə "Monako"ya 1:0, "Şerif" doğma meydanda "Dinamo"ya 3:0 hesabı ilə qalib gəlib. "Zalsburq" isə evdə "Bröndbü"ni 2:1 hesabı ilə məğlub edib.