Konfrans Liqası: “Qarabağ” bu gün pley-offda ilk oyununa çıxacaq

Konfrans Liqası: “Qarabağ” bu gün pley-offda ilk oyununa çıxacaq

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları keçiriləcək. Azərbaycanın “Qarabağ” klubu da bu gün pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Ağdam təmsilçisi paytaxtımızda Şotlandiyanın “Aberdin” komandasını qəbul edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.
Ağdam təmsilçisinin heyətində zədəlilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev oyunu buraxacaqlar. Qonaqlarda isə uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb.