Futbol matçında məşqçi hakimi döydü

Futbol matçında məşqçi hakimi döydü

Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb. “Olimpiya”nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra baş hakimə etirazlarını bildirib. Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək, hakimə hücum edib və onu döyməyə başlayıb. Komandanın oyunçuları məşqçini  sakitləşdiriblər.

Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.