Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə əsasnaməyə əsasən, Lənkəran şəhər Olimpiya İdman Kompleksində şahmat üzrə Respublika "Könüllülər kuboku" yarışının final mərhələsi keçirilib.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb, onlara uğurlar arzu ediblər. Ümumilikdə 76 rayon və şəhər komandasının iştirakı ilə keçirilən yarışlarda Gəncə, Lənkəran və Astara könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.