“Araz-Naxçıvan”dan bir qələbə və bir heç-heçə

“Araz-Naxçıvan”dan bir qələbə və bir heç-heçə

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb. Son ölkə çempionu Latviyanın Salaspils şəhərində keçirilən ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib. Naxçıvan təmsilçisi avqustun 22-də Çempionlar Liqasının ikinci mərhələsində növbəti görüşünü keçirib. Komandamız Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində keçirilən görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu sabah Latviyanın “Raba” (Latviya) klubuna qarşı keçirəcək.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.