"Araz Naxçıvan" bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq

"Araz Naxçıvan" bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Bu gün "Araz-Naxçıvan” komandası Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək. Son ölkə çempionu Latviyanın "Raba" kollektivi ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində Cəbəllütariqin "Europa" kollektivini 9:2 məğlub edib, növbəti mərhələdə isə Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə ​ 4:4 hesablı heç-heçəyə razılaşıb.