Kriştiano Ronaldo 12 ildən sonra yenidən “Mançester Yunayted”ə qayıdıb

 Kriştiano Ronaldo 12 ildən sonra yenidən “Mançester Yunayted”ə qayıdıb

İtaliyanın “Yuventus” klubunun sabiq futbolçusu Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”ə transfer olub.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Transfer 28 milyon avroya reallaşıb.
Ronaldo 12 ildən sonra yenidən “Mançester Yunayted”ə qayıdıb.
Futbolçu “Mançester Yunayted” ilə 3 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqası və 1 dəfə İngiltərə kuboku yarışlarının qalibi olub.