Qrossmeysterimiz erməni şahmatçı ilə üz-üzə

Qrossmeysterimiz erməni şahmatçı ilə üz-üzə

Bu gün Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin dörddəbir final mərhələsinin oyunlarına start veriləcək. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.
Qeyd edək ki, on beş turun yekununda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşmaqla turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Sentyabrın 5-dək davam edəcək yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.