Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin dörddəbir final oyunları start götürüb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu mərhələdə ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Sentyabrın 5-dək davam edəcək yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.