Şəhriyar Məmmədyarov “Aimchess USRapid”də mübarizəni dayandırdı

Şəhriyar Məmmədyarov “Aimchess USRapid”də mübarizəni dayandırdı

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsində məğlub olub. Turnirin pley-off mərhələsinin cavab oyunlarında ermənistanlı Levon Aronyana 1:2 hesabla uduzan təmsilçimiz yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, dörddəbir finalın ilk qarşılaşmasında şahmatçımız rəqibinə 1:3 hesabla məğlub olmuşdu.